"Qarabağ"a iki qol vurmuş hücumçu həftənin oyunçusu seçilib

UEFA Konfrans Liqasında pley-off mərhələsinin ilk matçlarından sonra həftənin ən yaxşı oyunçusu açıqlanıb.

Sportline.az xəbər verir ki, bu ada Fransa "Marsel"inin hücumçusu Arkadiuş Milik layiq görülüb.

28 yaşlı forvard evdə "Qarabağ"ı 3:1 hesabı ilə məğlub etdikləri qarşılaşmada dubl edib.

UEFA Avropa Liqasında isə Portuqaliya "Portu"sunda çıxış edən Toni Martines həftənin futbolçusu hesab olunub.

Qeyd edək ki, "Qarabağ" və "Marsel" komandaları arasındakı cavab oyunu fevralın 24-də Bakıda olacaq.