"Qarabağ"a qol vuran futbolçu qəzaya düşdü

"Çelsi"nin futbolçusu Tyemue Bakayoko avtomobil qəzasına düşüb. SportLine.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı xəbər yayıb.

Məlumata görə, futbolçu məşqdən qayıdarkən idarə etdiyi avtomobili ilə qəza törədib. T.Bakayokonun səhhətinin qaydasında olduğu bildirilir.