“Qarabağ”dan 90 dəqiqəlik məşq
"Qarabağ" Antalyada qış təlim-məşq toplanışını davam etdirir.
SportLine.az klubun "Facebook" səhifəsinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi hazırlığın on beşinci gününü tək məşqlə başa vurub.
Səhər saatlarında başlayan məşq 90 dəqiqə davam edib. Futbolçular çalışmaya fiziki təmrinlərlə başlayıb və toplu hərəkətlərlə hazırlığı yekunlaşdırıb.