"Qarabağ"dan azarkeşlərə müraciət
|
"Qarabağ" Çempionlar Liqasının qrup mərhələsində "Çelsi" ilə səfər matçını stadiondan izləmək istəyən azarkeşlərinə müraicət edib. Sportline.az klubun saytına istinadən xəbər verir ki, müraciətdə azarkeşlərdən oyunun biletlərini əldə etmək üçün 055- 400 - 49 -18 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunub. Bundan başqa, ödənişlərin yalnız funt-sterlinqlə həyata keçirildiyi bildirilib. Bir biletin qiymətinin 35 funt-sterlinq olduğu vurğulanıb. Qeyd edək ki, "Çelsi" - "Qarabağ" görüşü sentyabrın 12-i keçiriləcək.
|
