"Qarabağ"dan qol yağışı

“Qarabağ” bu gün yoxlama oyunu keçirib. 

Sportline.az xəbər verir ki, əsas komanda “Qarabağ-2” ilə qarşılaşıb. Matç əsas komandanın 6:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları İbrahima Vadji (3), Kadi Borges (2) və Qaspar vurublar.

Bu görüşdə milli komadanlara dəvət almayan futbolçular və gənc oyunçular şans qazanıblar.