“Qarabağ”dan Türkiyəyə başsağlığı

“Qarabağ” Türkiyənin İstanbul şəhərində dünən həyata keçirilən terror aktını pisləyib.

SportLine.az xəbər verir ki, klubun sosial şəbəkələrdəki rəsmi səhifələri “Acınız acımazdır” adlı mesaj paylaşaraq terror hadisəsi zamanı həyatını itirənlərinin ailələrinə, yaxınlarına Allah rəhmət diləyib və qardaş ölkə Türkiyəyə "başın sağ olsun" deyib.

Qeyd edək ki, “Beşiktaş” – “Bursaspor” matçının keçirildiyi stadionun yaxınlığında törədilən terror aktı zamanı həlak olanların sayı 38-ə çatıb.