"Qarabağ"ın legioneri gileyləndi

"Qarabağ"ın futbolçusu Patrik Andrade Konfrans Liqasının qrup mərhələsinin 6-cı turunda "Bazel"ə uduzduqları (0:3) matç barədə danışıb.

Sportline.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında xorvatiyalı baş hakim Fran Yoviçin Abdullah Zubirin təmiz qolunu qeydə almamasına münasibət bildirib:

"Hər şey əladır, növbəti qarşılaşmanı düşünürük. Azərbaycan Premyer Liqasının 14-cü turunda “Zirə” ilə üz-üzə gələcək. “Bazel”lə matç artıq başa çatıb. Önümüzə baxmalıyıq. Hazırda ancaq gələcək barədə düşünməliyik. Hakimlər qolumuzu qeydə alsaydı, hər şey dəyişəcəkdi. Təmiz qolumuz sayılsaydı, nəticə belə olmazdı. Amma baş məşqçimiz Qurban Qurbanovun söylədiyi kimi, hər şey artıq geridə qalıb. İndi yalnız gələcək qarşılaşmalar haqqında düşünməliyik".

Kabo-verdeli oyunçu komanda yoldaşı İbrahima Vadjinin görüş ərzində bir neçə qol epizodunundan yararlana bilmədiyini xatırladıb: "Onunla danışmışam. Vadji fərqlənmək üçün əlindən gələni edirdi. Futbol belə oyundur: qol vurmasan, uduza bilərsən. Onun "Zirə" ilə matçda fərqlənəcəyinə ümid edirəm. Yenə deyirəm, hər şeyi unudub, qarşıdakı görüşlərə hazırlaşmalıyıq".

Qeyd edək ki, matç "Qarabağ"ın 0:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.