"Qarabağ"ın rəqibi növbəti mərhələyə yüksəldi
"Qarabağ"ın Konfrans Liqasının qrup mərhələsindəki rəqibi "Kayrat" növbəti oyununa çıxıb.
Sportline.az xəbər verir ki, Kurban Berdıyevin komandası Qazaxıstan Kubokunun 1/4 finalında cavab matçında "Kaysar"ın qonağı olub. Evdəki ilk görüşdə 3:0 hesablı qələbə qazanan Almatı təmsilçisi bu dəfə də qalib gəlib - 2:0. Qolları 76-cı dəqiqədə Vaqner Lav, 88-ci dəqiqədə isə Artur Şuşenaçev vurublar.
"Kayrat" yarımfinalda "Astana" ilə qarşılaşacaq.
Qeyd edək ki, "Kayrat" Konfrans Liqasının qrup mərhələsinin 3-cü turunda Bakıda "Qarabağ"a 1:2 hesabı ilə uduzub. Komandalar arasında növbəti görüş noyabrın 4-də Almatıda gerçəkləşəcək.