"Qarabağ"ın 16 oyunluq uğurlu seriyasına son qoyulub
"Qarabağ"ın uğurlu oyunlar seriyasına son qoyulub.
Sportline.az xəbər verir ki, bu, "Səbail"ə qarşı Azərbaycan Premyer Liqasının VIII tur matçında baş verib.
Rəqibinə 1:3 hesabı ilə uduzan Ağdam klubunun 16 oyunluq məğlubiyyətsizlik seriyası qırılıb. Eyni zamanda, Ağdam təmsilçisi cari mövsümdə ilk dəfə hansısa matçda 1-dən artıq top buraxıb.