"Qarabağ"ın büdcəsi zənginləşdi

“Qarabağ” Futbol Klubunun büdcəsi 2 milyon avro zənginləşib. Sportline.az xəbər verir ki, Çempionlar Liqası turnirinin pley-off mərhələsini adladığına görə UEFA-nın ayırdığı məbləğ klubun hesabına köçürülüb. UEFA-dan AFFA-ya bu gün daxil olan vəsait assosiasiyanın vasitəsilə “Qarabağ”a çatdırılıb. Xatırladaq ki, ölkə çempionu pley-offda Danimarka “Kopenhagen”ini mübarizədən kənarlaşdırıb ( 1:0, 1:2).