"Qarabağ"ın daha bir legioneri milliyə dəvət alıb

"Qarabağ"ın futbolçusu Patrik Andrade Kabo-Verde millisinə dəvət alıb.

Sportline.az Ağdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi Liberiyaya qarşı keçirəcəkləri 2022-ci dünya çempionatının seçmə oyunları üçün yığmaya çağırılıb.

Qeyd edək ki, oyunlar oktyabrın 7-də və 10-da olacaq. Daha əvvəl Marko Veşoviç Monteneqro millisinə çağırılıb.