"Qarabağ"ın futbolçusu cəzalı duruma düşüb
"Qarabağ"ın futbolçusu Kevin Medina Azərbaycan Premyer Liqasının XIX turunda "Sabah"a qarşı oynaya bilməyəcək.
Sportline.az xəbər verir ki, kolumbiyalı müdafiəçi "Qəbələ" ilə qarşılaşmada cəzalı duruma düşüb.
O, 40-cı dəqiqədə İsnik Alimiyə kobudluq edərək, penaltiyə səbəbkar olmaqla yanaşı, çempionatda dördüncü dəfə xəbərdarlıq alıb. Beləliklə, Medina sarı vərəqə limitini doldurub.
65-ci dəqiqədə isə 29 yaşlı oyunçu komandasının üçüncü qolunu vurub.
Qeyd edək ki, "Sabah" - "Qarabağ" görüşü martın 12-də keçiriləcək.