"Qarabağ"ın futbolçusu "Qalatasaray"ın hədəfində

"Qarabağ"ın futbolçusu Toral Bayramov "Qalatasaray"ın maraq dairəsinə düşüb. 

Sportline.az xəbər verir ki, bununla bağlı Türkiyə mətbuatında məlumat yayılıb.

İddialara görə, klub rəhbərləri arasında mümkün transferlə bağlı ilkin danışıqlar olub.

Qeyd edək ki, 22 yaşlı müdafiəçinin "Qarabağ"la müqaviləsi 2026-cı il iyunun 30-da bitəcək.

Banner