"Qarabağ"ın iki əsas futbolçusu zədələndi
Premyer Liqanın XXIII turu çərçivəsində "Səbail"lə qarşılaşan "Qarabağ"ın iki futbolçusu zədələnib.
Sportline.az xəbər verir ki, Filip Ozobiç və Şahruddin Məhəmmədəliyev ağır zədə alıb.
Filip Ozobiçi 13-cü dəqiqədə Uroş Matiç əvəzləyib.
Şahruddin Məhəmmədəliyev isə rəqib hücumçu Amil Yunanovla toqquşub. Forvardın ayağı Məhəmmədəliyevin başına dəyib. Başı qanayan 27 yaşlı qolkiper görüşə davam ede bilməyib və 30-cu dəqiqədə Emil Balayevlə əvəzlənib.
Qeyd edək ki, qarşılaşmada ilk hissə oynanılır və hesab açılmayıb.