"Qarabağ"ın legionerinin son durumu
"Qarabağ"ın zədəli legioneri Benziya yaxın günlərdə sıraya dönəcək.
Bu haqda Sportline.az-a klubun mətbuat katibi Gündüz Abbaszadə məlumat verib.
Onun sözlərinə görə, artıq ümumi qrupda məşq edən əlcəzairli hücumçu heyətə qayıtmağa hazırdır.
Ayaq əzələsindən müalicə alan 28 yaşlı futbolçunun adının növbəti turun oyununda iştirak ərizəsində olacağı gözlənilir.