"Qarabağ"ın legionerləri istirahətdə
Premyer Liqanın son turunda "Sumqayıt"ı 4:0 hesabı ilə məğlub edən "Qarabağ"ın bütün futbolçuları istirahətə göndərilib.
Sportline.az xəbər verir ki, baş məşqçi Qurban Qurbanov hətta legionerlərə 3 günlük ölkələrinə getmək icazəsi də verib.
Bundan ilk yararlanan isə Abdulla Zubir olub.
O, doğmalarını görmək üçün Fransaya yollanıb.