"Qarabağ"ın London planı
Sentyabrın 12-də Londonda “Çelsi” ilə qarşılaşacaq "Qarabağ"ın London planı hazırdır. Sportline.az xəbər verir ki, ölkə çempionu sentyabrın 10-da Heydər Əliyev adına hava limanından çarter reysi ilə yola düşəcək. Təyyarədə əsas komandada ilə yanaşı "Qarabağ”ın 19 yaşlıları da yer alacaq. Komanda matçdan dərhal sonra vətənə qayıdacaq.
Qeyd edək ki, sözügedən oyun Bakı vaxtı ilə 22:45-də başlanacaq.