"Qarabağ"ın oyununa biletlər satışa çıxdı

"Sumqayıt" "Qarabağ"a qarşı Premyer Liqanın X tur matçı üçün bilet satışı həyata keçirir.

Sportline.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı xəbər yayıb. Bildirilib ki, artıq oyunun biletləri satışa çıxarılıb.

Qiyməti 2 manat olan biletləri "Kapital Bank Arena"nın kassalarından almaq olar.

Qeyd edək ki, noyabrın 7-də oynanılacaq "Sumqayıt" - "Qarabağ" görüşü saat 19:30-da başlayacaq.