"Qarabağ"ın oyununun biletləri satışda

Azərbaycan Premyer Liqasının VI turunun “Qarabağ” – “Səbail” matçının biletləri bu gündən etibarən onlayn şəkildə satışa çıxarılıb.

Sportline.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.

Biletlər bu gün iTicket.az-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də “Azersun Arena”nın kassasında da satışda olacaq.

Qapılar azarkeşlər üçün matçın start fitindən 60 dəqiqə əvvəl açılacaq.