"Qarabağ"ın Premyer Liqa oyunları yenidən "Tofiq Bəhramov"da

"Qarabağ" Misli Premyer Liqasında ev oyunlarını bir müddət "Azərsun Arena"da keçirə bilməyəcək.

Sportline.az PFL-in saytına istinadən xəbər verir ki, stadionun ot örtüyündə renovasiya işləri aparılır.

Buna görə də Ağdam klubu növbəti bildirişə qədər ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.

Qeyd edək ki, "Qarabağ" çempionatda növbəti ev oyununu noyabrın 6-da "Kəpəz"ə qarşı keçirəcək.

Banner