"Qarabağ"ın rəqibi məşhur futbolçunu heyətə qatmaq istəyir

“Liverpul”un futbolçusu Loris Karius klubu tərk edə bilər.

Sportline.az xəbər verir ki, Yurgen Kloppun planlarında yer almayan almaniyalı qapıçı komandadan ayrılmaq niyyətindədir.

28 yaşlı qolkiperlə Konfrans Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan “Bazel” yaxından maraqlanır. İsveçrəlilər təcrübəli futbolçunu qışda heyətə cəlb etməyə çalışacaq. 

Qeyd edək ki, Loris Karius son mövsümü icarə əsasında "Yunion Berlin" klubunda keçirib.