"Qarabağ"ın rəqibi məşhur futbolçusu ilə vidalaşır
“Qarabağ”ın Konfrans Liqasındakı rəqiblərindən olan “Kayrat” klubu futbolçusu Vaqner Lav ilə vidalaşmağa hazırlaşır.
Sportline.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İsveçrənin “Bazel” komandasına qarşı keçiriləcək Avropa Konfrans Liqasının qrup mərhələsinin 5-ci tur oyunu 37 yaşlı hücumçunun klubda son ev matçı olacaq. Oyunun final fitindən sonra Lav üçün vida mərasimi təşkil ediləcək.
Qeyd edək ki, noyabrın 25-də keçiriləcək “Kayrat” – “Bazel” oyunu Bakı vaxtı ilə saat 19:30-da başlanacaq.