Məşhur qapıçı "Qarabağ"ın rəqibinin maraq dairəsində
"Liverpul"un qapıçısı Loris Karius karyerasını İsveçrədə davam etdirə bilər.
Sportline.az "Bild"ə istinadən xəbər verir ki, "Bazel" 28 yaşlı qolkiperlə maraqlanır. Klubun bu transferi qışda tamamlamağı düşündüyü bildirilir.
Qeyd edək ki, L.Karius ötən mövsüm icarə əsasında "Union"da oynayıb.
Xatırladaq ki, "Bazel" "Qarabağ"ın Konfrans Liqasının qrup mərhələsindəki rəqiblərindən biridir.