"Qarabağ"ın rəqibi uğursuzluqla üzləşib

Futbol üzrə Belçika çempionatında 19-cu turun oyunları keçirilib.

Sportline.az xəbər verir ki, Avropa Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Gent” səfərdə “Antverpen”lə qarşılaşıb.

“Qarabağ”ın rəqibi bu oyunda 2 cavabsız qolla məğlub olub – 0:2.

“Gent” hazırda 31 xalla 18 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.

“Qarabağ” “Gent”ə qarşı ilk görüşü fevralın 16-da evdə, cavab oyununu isə fevralın 23-də səfərdə keçirəcək.