"Qarabağ"ın rəqibində ayrılıq

“Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi olan Marsel “Olimpik”i futbolçusu Cordan Amavini icarəyə verib.

Sportline.az xəbər verir ki, müdafiəçi Liqa 1-in digər təmsilçisi “Nitsa”da oynayacaq.

Bu barədə Marsel təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 27 yaşlı futbolçu mövsümün sonuna qədər “Nitsa”da çıxış edəcək. 

2018-ci ilin yayından “Olimpik”in formasını geyinən Amavi, bu mövsüm cəmi 4 oyuna çıxıb.

“Qarabağ”ın Marsel “Olimpik”i ilə ilk oyunu fevralın 17-də Fransada, cavab oyunu isə bir həftə sonra Bakıda olacaq.