"Qarabağ"ın rəqibində yeni müqavilə

Madrid "Atletiko"sunun baş məşqçisi Dieqo Simeone madridlilərlə yeni müqavilə imzalayıb. Sportline.az klubun saytına istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis 2020-ci ilədək "Atletiko"nu çalışdıracaq. Xatırladaq ki, 2011-ci ildən bu klubda fəaliyyət göstərən Simeone İspaniya çempionatı, kuboku və Superkuboku yarışlarının qalibi olub. Bununla yanaşı, Avropa Iiqasının baş mükafatı və UEFA Super kubokuna yiyələnən argentinalı, komandanı 3 dəfə Çempionlar Liqasının finalına yüksəldib.

Посмотреть изображение в Твиттере

 Читать

Atlético de Madrid @Atleti

Diego Pablo @Simeone renueva por dos temporadas  https://goo.gl/nxsiFp