"Qarabağ"ın rəqibindən heç-heçə

İsveçrə çempionatında 12-ci turun oyunları keçirilib.

Sportline.az xəbər verir ki, "Qarabağ"ın Konfrans Liqasının qrup mərhələsindəki rəqibi “Bazel” səfərdə “Sürix”lə qarşılaşıb. “Qarabağ”ın rəqibi bu oyundan heç-heçə ilə ayrılıb - 3:3.

“Bazel” 12 turdan sonra 26 xalla 10 kollektiv arasında liderdir.

Qeyd edək ki, “Qarabağ” “Bazel”lə Bakıda keçirdiyi oyundan qolsuz heç-heçə ilə ayrılıb. Bu komandalar arasındakı ikinci matç dekabrın 10-da İsveçrədə oynanılacaq.