"Qarabağ"ın rəqibinin ulduzu yayda komandasını tərk edə bilər

"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi "Nyukasl Yunayted"də ayrılıq yaşana bilər.

Sportline.az xəbər verir ki, Sandro Tonali yayda komandasını dəyişmə ehtimalı var.

"The Athletic" nəşrinin yaydığı məlumata görə, "Mançester Yunayted" və "Arsenal" italiyalı yarımmüdafiəçi ilə yaxından maraqlanır.

Qeyd edək ki, S.Tonalinin transfer qiyməti 80 milyon avrodur.

O, bu mövsüm meydana çıxdığı 38 matçda 5 asistlə yadda qalıb.

Xatırladaq ki, Tonali "Nyukasl"a 2023-cü ilin yayında "Milan"dan 60.8 milyon avro qarşılığında transfer olunmuşdur.