"Qarabağ"ın sabiq futbolçusu koronavirusa yoluxub

"Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiç koronavirusa yoluxub. 

Sportline.az "ASpor"a istinadən xəbər verir ki, Türkiyə Super Liqasında çıxış edən "Erzurumspor"un COVID-19 testi müsbət nəticə verən 11 üzvündən biri də, bosniya və herseqovinalı futbolçudur. Ümumilikdə klubun 4 oyunçusu, 1 məşqçisi və 6 işçisində virus aşkarlanıb.  

Qeyd edək ki, İbrahim Şehiç, 2013 - 2018-ci illərdə "Qarabağ"ın formasını geyinib.