"Qarabağ"ın sabiq məşqçisi məşhur klubda
“Qarabağ” və “Zirə” klublarında məşqçi kimi çalışmış Borçe Xristov ölkəsində baş məşqçi təyin edilib.
Sportline.az xəbər verir ki, Azərbaycanın aşağı yaş qruplarından ibarət millilərində də işləmiş şimali makedoniyalı “Rabotniçki”də baş məşqçi kimi fəaliyyət göstərəcək.
Şimali Makedoniyanın ən titullu və tanınmış klublarından olan “Rabotniçki” mövsüm sonuna kimi Xristovla anlaşıb.