"Qarabağ"ın təhlükəsizliyi təmin ediləcək"
"Qarabağ" bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsində “Marsel”in (Fransa) qonağı olacaq.
Sportline.az xəbər verir ki, Azərbaycanın Fransadakı Səfirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Marsel şəhərində keçiriləcək qarşılaşmada Ağdam klubu və azərbaycanlı azarkeşlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Səfirlik tərəfindən aidiyyəti qurumlar, eləcə də komanda rəsmiləri ilə müvafiq iş aparılıb.