"Qarabağ"la oyunda dubl etdi, ən yaxşı oyunçu seçildi
UEFA Konfrans Liqasında bu həftənin ən yaxşı oyunçusunu açıqlayıb.
Sportline.az xəbər verir ki, "Bazel"in hücumçusu Artur Kabral ən yaxşı oyunçu seçilib. O, UEFA-nın saytında keçirilən səsvermədə “Roma”dan (İtaliya) Temmi Abraham, ÇFR-dən (Rumıniya) Qabriel Debelju və “Partizan”dan (Serbiya) Marko Jivkoviçi qabaqlayıb.
Qeyd edək ki, Kabral Konfrans Liqasının sonuncu turunda "Qarabağ”a 3:0 hesabı ilə qalib gəldikləri matçda dubla imza atıb.