"Qarabağ"la "Qalatasaray" arasında daha bir anlaşma

“Qalatasaray” və “ Qarabağ” klubları arasında daha bir anlaşma əldə olunub. 

Sportline.az xəbər verir ki, “Qalatasaray” klubunun prezidenti Dursun Özbək, "GS TV"yə verdiyi açıqlamada “ Azərbaycanlı azarkeşlər bizi çox yaxşı qarşıladılar, onlara təşəkkür edirəm. “Qalatasaray” və “Qarabağ” klubları qardaş səviyyəsində bir-birlərini sevirlər. Mağazalarımızda “Qarabağ” formalarını satıb, “Qarabağ”ı Türkiyə azarkeşlərinə tanıdacağıq. Onlar da Azərbaycanda “Qalatasaray” formalarını satacaqlar” - deyib.

Qeyd edək ki, hər iki komanda İstanbulda daha bir qardaşlıq matçında üz-üzə gələcək.

Banner