"Qarabağ" "Qəbələ"ni məğlub edərək lider oldu
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura yekun vurulub.
Sportline.az xəbər verir ki, sonuncu oyun günündə bir görüş keçirilib.
"Qarabağ" öz meydanında "Qəbələ"ni qəbul edib və 2 cavabsız qolla qalib gəlib.
"Qarabağ" 14 xalla liderliyi ələ keçirib.
Azərbaycan Premyer Liqası
VI tur
3 oktyabr
19:00. "Qarabağ" - "Qəbələ" 2:0
Qollar: Abdulla Zubir, 52, Ramil Şeydayev, 66
"Azersun Arena".
Qeyd edək ki, turun açılış oyununda "Zirə" doğma meydanda "Sumqayıt"a qalib gəlib - 1:0. Ötən gün keçirilmiş matçlarda "Neftçi" səfərdə "Səbail"i 3:1, "Keşlə" isə evdə "Sabah"ı 2:0 hesabı ilə məğlub edib.