Qaret Beylin adına şəhər

Uels millisinin lideri Qaret Beyl yüksək şərəfə layiq görülüb. SportLine.az xəbər verir ki, Uelsin Bala şəhəri artıq onun adını daşıyır. Şəhərin meri Edit Roberts bunun çox güman, müvəqqəti xarakterli olduğunu açıqlayıb. Amma.  Wales Online-də yayılan xəbərdə dəyişikliyin daimi olacağı da istisna edilmir. Hər halda Uels komandasının Avropa çempionatında mübarizəni dayandıracağı günədək şəhər Beyl adı daşıyacaq.