Qasperininin müqaviləsi uzadıldı
İtaliyanın "Atalanta" klubu baş məşqçisi Can Pyer Qasperini ilə müqaviləni uzadıb.
Sportline.az klubun mətbua xidmətinə istinadən xəbər verir ki, 63 yaşlı mütəxəssisin yeni sözləşməsi 2024-cü ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, italyan məşqçi 2016-cı ildən A seriyası təmsilçisində çalışır. Onun komandası hazırda A seriyasında 31 xalla 4-cüdür.