"Qəbələ" ağır məğlubiyyətə uğradı
“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası bu gün UEFA Gənclər Liqasında Niderlandda “Alkmaar” komandası ilə cavab matçında qarşılaşıb.
Qəbələdəki ilk görüşdə 0-4 hesabı ilə uduzan komandamız səfər matçında daha ağır məğlubiyyətlə barışıb.
UEFA Gənclər Liqası
1-ci təsnifat mərhələsi, cavab oyunu
19 oktyabr
“Alkmaar” – “Qəbələ” 7:0
Qollar: Nik Koster, 4; 36. F.D.Yonq, 17. M.V.Brederode, 43. V.Aken, 60. T.Kerssens, 63. M.Meerdink, 72.
Baş hakim: Dario Bel (Xorvatiya).
Alkmar, “AZ Təlim-Məşq Mərkəzi”.
Alkmaar: 1. Sem Vesterveld, 3. Vouter Qus, 5. Maksim Dekker, 8. Nik Tvisk, 10. Fedde de Yonq (k), 11. Miron van Brederode, 12. Yurre van Aken, 17. Nik Koster, 18. Ro-Zanqelo Daal, 25. Levis Şuten, 32. Mişa Engel.
Ehtiyat oyunçular: 16. Daniel Deen, 2. Sem Dekkers, 14. Dave Kvakman, 19. Tom Kerssens, 20. Enox Mastoras, 23. Luk Postma, 37. Mexx Meerdink.
Baş məşqçi: Yan Sierksma.
Qəbələ: 1. Həsən Həsənli, 2. Süleyman Damadayev 3. İbrahim Ramazanov, 5. Xəyal Səmədov, 6. Ülvü Mədətov, 7. Gülağa Əsədov, 8. Rauf Rüstəmli, 9. Aqil Nəsibov, 10. Rauf Məhərrəmov, 15. Hüseyn Mürsəlov (k), 18. Mehrac Baxşalı.
Ehtiyat oyunçular: 12. Kamil Nəzərli, 4. Nuqay Rəşidov, 11. Taleh Qarayev, 13. Fərid Kələntərov, 14. Fuad Əhmədov, 16. Sənan Ağalarov, 17. İxtiyar Məmiyev.
Baş məşqçi: Famil Xəlilov.