"Qəbələ" "Alkmaar"a qarşı

“Qəbələ” U-19 komandası bu gün Gənclər Liqasında növbəti oyununa çıxacaq.

Sportline.az xəbər verir ki, Famil Xəlilovun rəhbərlik etdiyi kollektiv “Alkmaar”ın (Niderland) qonağı olacaq. Klubun məşq mərkəzində keçiriləcək oyun saat 19:00-da start götürəcək.

Qeyd edək ki, “Qəbələ” U-19 Azərbaycanda keçirilən ilk matçda “Alkmaar”a 0:4 hesabıyla uduzub.

Gənclər Liqası, 1-ci tur, cavab oyunu

19 oktyabr

19:00. "Alkmaar U-19" (Niderland) – "Qəbələ U-19"
Baş hakim: Dario Bel (Xorvatiya)
İlk oyun – 4:0