"Qəbələ" "Alkmar"la bacara bilmədi

Bu gün “Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında mübarizəyə başlayacaq.

Sportline.az xəbər verir ki, Famil Xəlilovun baş məşqçi olduğu komanda Çempionlar Yolunda Niderland təmsilçisi "Alkmaar"la üz-üzə gəlib. Qəbələ şəhər stadionunda baş tutan  görüşdə təmsilçimiz 0-4 hesabı ilə məğlub olub. 

Bu, “Qəbələ”nin turnirdə 4-cü sınağı idi. 2016/2017-ci illər mövsümündə Rusiyanın “Dinamo” (Moskva) klubunu keçə bilməyən (0:2, 0:5) “qırmızı-qaralar” 2 il sonra Gənclər Liqasında mərhələ adlayan ilk Azərbaycan klubu olub. Komanda 2018/2019-cu illər mövsümündə öncə Moldova “Şerif”i (1:1, 3:1), ardınca Almaniya “Herta”sı ilə (1:3, 0:1) görüşüb.

Əyalət klubu 2019/2020-ci illər mövsümündə Kipr APOEL-inə uduzaraq, mübarizəni dayandırıb - 1:1, 0:1. Ötən il Şimali Makedoniya “Şkendiya”sı ilə qarşılaşma mövsümün koronavirus pandemiyası üzündən ləğvi nəticəsində baş tutmayıb.

Çempionlar yolu
I mərhələ
İlk oyun

29 sentyabr
17.00 Qəbələ (Azərbaycan) - Alkmaar (Niderland) 0:4

"Qəbələ": 1. Həsən Həsənli, 2. Süleyman Damadayev 3. İbrahim Ramazanov. 5. Xəyal Səmədov, 15. Hüseyn Mürsəlov (k), 7. Emil Səfərov, Rauf Rüstəmli, 10. Gülağa Əsədov, 9. Aqil Nəsibov, 16. Emil Süleymanov, 18. Mehrac Baxşalı

Ehtiyat oyunçular: 12. Kamil Nəzərli, 4. Nuqay Rəşidov, 6. Ülvü Mədətov, 11. Taleh Qarayev, 13. Sənan Ağalarov, Çiçin Namçi Akande, 17. Fərid Kələntərov

Baş məşqçi: Famil Xəlilov

Alkmaar: 1. Sem Vesterveld, 32. Mişa Engel, 5. Dekker, 3. Vouter Qus, 12. Yurre van Aken, 25. Levis Şuten, 8. Nik Tvisk, 11. Miron van Brederode, 10. Fedde de Yonq (k.), 18. Ro-Zanqelo Daal, 17. Nik Koster

Ehtiyat oyunçular: 22. Rome-Yuyden Ovusu-Oduro, 2. Sem Dekkers, 14. Dave Kvakman, 19. Tom Kerssens, 20. Enox Mastoras, 21. Finn Stam, 23. Luk Postma

Baş məşqçi: Yan Sierksma

Baş hakim: Viktor Kopiyevski (Ukrayna).
Qəbələ şəhər stadionu

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü oktyabrın 19-da “AZ Təlim-Məşq Mərkəzi”ndə baş tutacaq. Cütün qalibi növbəti raundda “Csikszereda" (Rumıniya) - "Anje" (Fransa) duelinin güclüsü ilə görüşəcək.