"Qəbələ"nin oyununda 6 qol

Türkiyədə təlim-məşq toplanışında olan "Qəbələ" bu gün növbəti yoxlama matçına çıxacaq. SportLine.az xəbər verir ki, Roman Qriqorçukun komandası Rusiyanın "Arsenal" kollektivi ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.

Tula təmsilçisi Rusiya Premyer Liqasında 25 turdan sonra 25 xalla  qış fasiləsinə 8-ci pillədə yollanıb.

Xatırladaq ki, "Qəbələ" bundan əvvəl Türkiyənin “Akhisar Bələdiyyəspor”u ilə heç-heçə (1:1) edib,  İsveçrə “Sürix”inə uduzub (0:1), Makedoniya “Rabotniçki”sinə qalib (2:1) gəlib.


27 yanvar 2018
Yoldaşlıq görüşü

"Qəbələ" - "Arsenal" - 3:3
QOLLAR: 
Ozobiç, 16, Monroz, 32, Vernidub, 83
Antalya, Türkiyə