"Qəbələ" sabiq futbolçusunu geri qaytardı

"Qəbələ" klubu sabiq futbolçusu Fernan Lopesi geri qaytarıb.

Sportline.az xəbər verir ki, "qırmızı-qaralar" Fernan Lopeslə anlaşıb.

26 yaşlı yarımmüdafiəçinin dönüşü azad agent qismində gerçəkləşib. İspaniyalı oyunçu son olaraq Polşanın “Yagelloniya" klubunun şərəfini qoruyub.

Qeyd edək ki, Fernan Lopes daha əvvəl "Qəbələ"nin formasını 2019/2020 mövsümündə geyinib.