"Qəbələ" - "Neftçi" görüşünün vaxtı müəyyənləşdi

Topaz Premyer Liqasının X turunun oyun cədvəli açıqlanıb. SportLine.az xəbər verir ki, iki günü əhatə edəcək tura “Qəbələ” – “Neftçi” matçı ilə start veriləcək.

Tura Bakıda keçiriləcək “İnter” – “Sumqayıt” qarşılaşması ilə yekun vurulacaq.

Qeyd edək ki, turun bütün görüşləri “CBC Sport” kanalı ilə canlı yayımlanacaq.

Topaz Premyer Liqası

X tur

29 oktyabr (şənbə)

15:00. “Qəbələ” – “Neftçi”
Qəbələ şəhər stadionu
 

17:00. AZAL – “Qarabağ”
“AZAL Arena”

30 oktyabr (bazar)

14:00. “Zirə” – “Kəpəz”
Zirə İdman Kompleksinin stadionu

16:00. “İnter” – “Sumqayıt”
“İnter Arena”

Banner