"Qəbələ" - "Qarabağ" görüşündə bərabərlik

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XII tura yekun vurulacaq.

Sportline.az xəbər verir ki, turun son oyunu Qəbələdə eyniadlı komanda ilə "Qarabağ" arasında olacaq. 

İki komanda indiyədək ölkə çempionatında 51 dəfə üz-üzə gəlib. Bunların 10-da "qırmızı-qaralar", 27-də "köhlən atlar" qələbə qazanıb. 14 qarşılaşma heç-heçə ilə başa çatıb. Topların nisbəti də Qurban Qurbanovun baş məşqçi olduğu kollektivin xeyrinədir - 78:42.

“Qarabağ” 13 oyundur rəqibinə uduzmur. “Qəbələ” son 3 oyunda xal qazana bilməyib.

Azərbaycan Premyer Liqası

XII tur

29 noyabr (bazar ertəsi)

16:00. “Qəbələ” – “Qarabağ” 0-0
Hakimlər: Kamranbəy Rəhimov, Zöhrab Abbasov, Vüqar Bayramov, Namiq Bəkirov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Qəbələ şəhər stadionu.

Qeyd edək ki, turun ilk oyun günündə "Sabah" evdə "Keşlə"yə 2:1, "Neftçi" isə "Səbail"ə 1:0 hesabı ilə qalib gəlib. Ötən gün keçirilmiş görüşdə isə "Zirə" səfərdə "Sumqayıt"ı darmadağın edib - 3:0.