"Qəbələ" "Rabotniçki"dən güclü oldu

Antalyada təlim-məşq toplanışında olan "Qəbələ" növbəti yoxlama oyununa çıxıb. SportLine.az xəbər verir ki, rəqib Makedoniyanın "Rabotniçki" kollektivi olub.

Qarşılaşma "radarlar"ın qələbəsi ilə yekunlaşıb - 2:1.

Qeyd edək ki, Roman Qriqorçukun komandası bundan öncə iki yoxlama oyununda qüvvəsini sınayıb. "Akhisar Bələdiyyəspor"la heç-heçə edən "Qəbələ" "Sürix"lə görüşdə məyus olub - 0:1.

24 yanvar 2018
Yoldaşlıq görüşü

“Qəbələ” (Azərbaycan) – “Rabotniçki” (Makedoniya) - 2:1
QOLLAR:
 Serjio, 39 (0:1), Asif Məmmədov, 44 (1:1), Baqali Dabo, 54 (2:1) 
Qloriya məşq meydançaları

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 8. Qismət Alıyev, 3. Vojislav Stankoviç, 15. Vitali Vernidub, 34. Ürfan Abbasov, 11. Asif Məmmədov, 14. Cavid Hüseynov (k), 28. Stiven Monroz, 19. Filip Ozobiç, 9. Baqali Dabo, 10. Ruslan Qurbanov