"Qəbələ" "Zirə"yə qalib gəldi
Bu gün Azərbaycan Premyer Liqasında XXIX tura start verilib.
Sportline.az xəbər verir ki, ilk oyun günündə “Qəbələ” “Zirə”ni məğlub edib: 2:1.
Turun “Qarabağ” – “Kəpəz” və “Turan Tovuz” – “Şamaxı” oyunları sabah, “Sumqayıt” – “Neftçi” və “Səbail” – “Sabah” görüşləri isə aprelin 9-da olacaq.
Azərbaycan Premyer Liqası
XXIX tur
7 aprel
“Qəbələ” - “Zirə” 2:1
Qol: Ramon Maçado, 58 (1:0), Eldar Quliyev, 69 (1:1), Xuan Renato, 79 (2:1)
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Fərid Hacıyev.
Qəbələ şəhər stadionu, 17:00.