"Qəbələ"də son durum

“Qəbələ” Azərbaycan kubokunun yarımfinal mərhələsinin bugünkü oyununa itki ilə çıxacaq.

Klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyevin Sportline.az saytına verdiyi məlumata görə, komandanın aparıcı futbolçusu İsnik Alimi cəza səbəbindən oyunu buraxacaq.

“Qırmızı-qaralar”ın heyətində başqa itki yoxdur. "Neftçi" ilə oyundan sonra yüngül ağrıları olan futbolçular da dünən sıraya qayıdıblar. Komanda son məşqi tam heyətlə keçirib.  

Xatırladaq ki, bu gün Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Səbail” matçının start fiti saat 18:00-da səslənəcək.

Banner