"Qəbələ"nin futbolçuları toplu və topsuz çalışdılar

“Qəbələ” Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışının ikinci mərhələsinin 3-cü gününü başa vurub. 

SportLine.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Qırmızı-qaralar” günü bir məşqlə yekunlaşdırıb. 

Baş məşqçi Roman Qriqorçukun rəhbərliyi altında gerçəkləşən məşq prosesi meydanda baş tutub. Öncə topsuz çalışmalar icra edən futbolçular fiziki təmrinləri yerinə yetirib. Məşqin ikinci hissəsi toplu çalışmalardan ibarət olub. Oyunçular topla müxtəlif tapşırıqların üzərində çalışıblar.