"Qəbələ"nin futbolçusu beynəlxalq turnirin qalibi oldu

"Qəbələ" klubunun futbolçusu Omar Haninin çıxış etdiyi İordaniyanın U-23 millisi Qərbi Asiya Futbol Federasiyasının (WAFF) təşkil etdiyi turnirin qalibi olub.

Sportline.az xəbər verir ki, İordaniya seçməsi finalda Səudiyyə Ərəbistanı ilə üz-üzə gəlib.

Dammam şəhərindəki qarşılaşma İordaniyanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Omar Hani görüşün ikinci hissəsində meydana daxil olub.

11 komandanın iştirak etdiyi tuniri Səudiyyə Ərəbistanı Futbol Federasiyası və WAFF təşkil edib.

Qeyd edək ki, WAFF U-23 çempionatı 2015-ci ildən təşkil olunur. Yarışın ilk qalibi daha sonra Orta Asiya Futbol Federasiyasına keçən İran seçməsi olub.