"Qəbələ"nin sabiq futbolçusuna cinayət işi açıldı
Ölkəmizdə “Qəbələ” və “İnter”də (İndiki “Keşlə”) çıxış etmiş Nika Kvekveskiri Polşada həbs olunub.
Sportline.az yerli mətbuata istinadən xəbər verir ki, “Lex”in gürcüstanlı yarımmüdafiəçi sərxoş vəziyyətdə avtomobil sürüb. Buna görə də 29 yaşlı oyunçu ilə bağlı cinayət işi açılıb.
Qeyd edək ki, Nika Kvekveskiri 2015-16 mövsümündə “İnter”də 2016-17 mövsümündə isə “Qəbələ”də çıxış edib.