"Qırmızı şeytanlar" finalın bir addımlığında

"Mançester Yunayted" İngiltərə kubokunda 1/4 final oyununa çıxıb.

Sportline.az xəbər verir ki, Mançester təmsilçisi "Fulhem"lə qarşılaşıb və 3:1 hesabı ilə qalib gəlib.

"Mançester Yunayted" - "Fulhem" - 3:1
Qollar: Mitroviç, 50 (0:1), Fernandeş, 75-pen. (1:1), Sabitzer, 77 (2:1), Fernandeş, 90+6 (3:1)
Qırmızı vərəqələr: Villian, 72, Mitroviç, 72 (hər ikisi "Fulhem")

Bu qələbə ilə Erik Ten Haqın komandası yarımfinala yüksəlib və bu mərhələdə "Brayton"a rəqib olub.